"Azərbaycanlı futbolçular texnikalıdırlar, topla daha yaxşı rəftar edirlər" - Belarusun baş məşqçisi
Belarus milli komandasının baş məşqçisi Qeorqi Kondratyev yığmamızla Millətlər Liqasındakı oyundan (0:0) danışıb. Msport.az 62 yaşlı mütəxəssisin “Presball”a müsahibəsini təqdim edir.
- Rəqib sizi nə iləsə təəccübləndirdi?
- Yox. Azərbaycanlılar da bizim kimi qələbəyə oynayırdılar. Meydanda sərt, kişi kimi mübarizə gedirdi. Yəqin ki, biz də onlara hər hansı sürpriz edə bilmədik. Onlar başa düşürdü ki, biz də döyüşəcəyik. Komandalar bir-birini çox yaxşı tanıyır. Burda necə təccübləndirmək olar?
- Hesab qanunauyğundur?
- Futbol ədalətli oyundur, burda əsas qol vurasan. Ona görə də qol vura bilən insanlar qiymətləndirilir. Əgər qol yoxdursa, heç vaxt qələbə olmayacaq.
- Bir il əvvəl Belarus və Azərbaycan yığmaları yoldaşlıq oyununda üz-üzə gəlmişdi. Həmin oyunu indiki matçla müqayisə edə bilərsiz?
- Prinsipcə oyunlar bir-birə oxşayır. Etiraf etmək lazımdır ki, azərbaycanlı futbolçular texnikalıdır, topla daha yaxşı rəftar edirlər. Biz isə əzmkarlıq və istək hesabına bu fərqi aradan qaldırmaq istıyirdik. Yəqin ki, bizim rəqimiz daha təcrübəli idi, onların bu səviyyədə daha çox oyun keçiriblər. Heyətdə “Qarabağ”ın oyunçuları var, onlar da avrokuboklarda ciddi rəqiblərlə mübarizə aparırlar. Bizdə isə ekə futbolçular var, yığmada 2-3 oyun keçiriblər. Avrokuboklarda isə klublarımız çox gedə bilmir. Belarus çempionatında temp Millətlər Liqasından xeyli aşağıdır. Biz topu irəli həddən artıq gec aparırıq. Rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlərin az olmağının problemi də elə burdan qaynaqlanır.