featured-image-85099

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun müqaviləsinin müddəti dekabrda başa çatacaq.

Msport.az xəbər verir ki, o, yeni müqavilə ilə bağlı məsələnin yaxın vaxtlarda müzakirə olunacağını bildirib.

“Dekabr ayında AFFA ilə müqaviləm başa çatacaq. UEFA Millətlər Liqasından sonra bu məsələni müzakirə edəcəyimizi əvvəlcədən danışmışdıq. Bildiyiniz kimi, turnir yenicə başa çatıb. Yəqin ki, yaxın vaxtlarda bu barədə müzakirə aparacağıq”  – Abbasov belə deyib. AZƏRTAC

Ayxan Abbasov milli komandaya rəhbərlik etməyin onun üçün böyük qürur olduğunu vurğulayıb:

“Bir azərbaycanlı kimi fəxr edirəm ki, Azərbaycan millisinin baş məşqçisiyəm və komandamı bu oyunlara çıxarmışam. Gələcəkdə hər şey ola bilər. Amma mənə yaradılan şəraitdən çox razıyam”. (AZƏRTAC)

 

Bənzər xəbərlər