featured-image-644

“Qarşıdakı matçlar yeni nələrisə sınamaq üçün yaxşı imkandır. Müxtəlif futbolçulara oyun praktikası vermək, onlar barədə məlumat almaq istəyirik”.

Msport.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Devis Manca yığmamızla sabah keçiriləcək yoxlama oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, millimizin Maltadan daha üstün komanda olduğunu bildirib: “Azərbaycan və Malta komandalarını müqayisə etmək olmaz. Amma əsas diqqətçəkən məqam odur ki, Azərbaycanın daha çox oyunçusu beynəlxalq səviyyədə çıxış edir. Onların Avropa təcrübəsi də böyükdür”.

Bənzər xəbərlər