featured-image-611

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb.

Msport.az xəbər verir ki, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb.

Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, 29 yaşlı idmançının 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək.

Qeyd edək ki, Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığını qəbul edib və o ölkəni təmsil edib.

Bənzər xəbərlər