featured-image-24100

“Neftçi” və AZAL-ın sabiq məşqçisi Gəray Qarayev “ağ-qaralar”ın hazırkı durumundan narahat olduğunu bildirib. Msport.az xəvər verir ki, təcrübəli mütəxəssis klubda kifayəq qədər qüsurlu idarəçilərin olduğunu deyib:

“Neftçi” Azərbaycan futbolunun lideri, 1 nömrəli komandasıdır. Daim diqqət mərkəzində olub. Sıradan klub deyil. Son illərdə neçə-neçə idarəçi dəyişib, məşqçiləri hardan gəldi gətirirlər, yoxlamırlar. Bu gün klubda kifayət qədər qüsurlu idarəçilər var. Bacarığı olmayan insanlar “Neftçi”ni idarə edirlər. Bu, elə də asan iş deyil. Burada futbolu bilən insanlar olmalıdır.

Çingiz Abdullayev dünya səviyyəli yazıçıdır, gətirib klubun Müşahidə Şurasının sədri qoymuşdular. Elə bil “Neftçi”yə əsar yazmağa gəlmişdi. Prinsipləri bilmirsənsə, oyunçuları tanımırsansa, nə tapşırıq verə bilərsən. Yaxud da Bəhram Bağırzadə. Sən şoumensən, klubda nə işin var? Ona görə “Neftçi” bu gündədir. Komandanın adını, tarixini bərbad etdilər. Klubda əllər çox işləyir, kənardan müdaxilə çoxdur. Hamı özünü orada görmək istəyir. Deyirlər ki, Müşahidə Şurasında yaxşı maaş verirlər, mən də orada olmalıyam. Yadınızdadırsa, Çingi Abdullayev deyirdi ki, futbolçu 100 min alırsa, mən də almalıyam”.

Gəray Qarayevlə geniş müsahibə yaxın saatlarda Msport.az-da.

CAHİD 

Bənzər xəbərlər