Arda Gülər üçün 200 milyonluq təklif
PSJ “Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Güləri transfer etmək üçün 200 milyon avro ödəməyə hazırdır.
Msport.az xəbər verir ki, Paris təmsilçisi artıq gənc futbolçunun nümayəndələri ilə qeyri-rəsmi təmas qurub və “Real”ın imtina edə bilməyəcəyi cəlbedici təklif hazırlayır.
Hələlik İspaniya nəhənginə rəsmi təklif göndərilməsə də, “Bavariya”nın da yaxın vaxtlarda müqaviləsini yeniləyən Arda ilə ciddi maraqlandığı bildirilir.
Qeyd edək ki, 2023-cü ildə imzalanan müqaviləyə əsasən, “Fənərbağça” futbolçunun növbəti satışından 20 faiz pay hüququna sahibdir. Əgər bu transfer 200 milyon avroya reallaşarsa, İstanbul klubu müqavilə şərtlərindən asılı olaraq bu satışdan təxminən 36–40 milyon avro gəlir əldə edəcək.







