featured-image-39216

Cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı başlayıb.

Msport.az xəbər verir ki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qadınlar və kişilər arasında yeddi çəkidə 97 cüdoçu tatamiyə çıxacaq.

Turnirin ilk günündə kişilər arasında (60 kiloqram), (73 kiloqram), (90 kiloqram), (+100 kiloqram) qadınlar arasında isə (48 kiloqram), (57 kiloqram) və (70 kiloqram) çəki dərəcələrində qaliblər bəlli olacaq.

Bənzər xəbərlər