Bakı səfəri öncəsində "Neftçi"nin rəqibində ciddi itki
“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Rapid” ciddi itkiylə üzləşib.
Msport.az xəbər verir ki, Vyana təmsilçisinin yarımmüdafiəçisi Patrik Qreyl sıradan çıxıb. O, Bundesliqanın II turunun “Klaqenfurt”la səfər matçında (1:0) zədələnib.
Qreyl 56-cı dəqiqədə Kristof Knasmüllnerlə əvəzlənib. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Neftçi” ilə “Rapid” arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə bir həftə sonra Avstriyada baş tutacaq.