Bakıda pub-da dava düşdü - NTD klubunun üzvü Kinq Almarin xəstəxanaya aparıldı
Ötən gecə Bakıda kafedə nigeriyalı futbolçular və ABŞ-li basketbolçular arasında dava düşüb.
Msport.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçular peşəkar olmasa da, basketbolçular Azərbaycanın liqasında çıxış edən NTD-nin üzvləridir.
Keçən il ölkəmizə gələn Kinq Londeil Almarin və Brayson Robinson Maurisio Azərbaycan Basketbol Liqasında çıxış edirlər.
Kinq Almarin NTD klubunun əsas və aparıcı üzvlərindən sayılır.
Xatırladaq ki, onlar “Boom pub ws grill” kafesindən çıxarkən davaya qarışıb və K.Almarin xəstəxanaya aparılıb.