featured-image-82654

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik sol cinah müdafiəçisi Aleks Baldenin cari mövsümdəki oyun vaxtı ilə bağlı sualları cavablandırıb.

Msport.az xəbər verir ki, Flik futbolçunun hazırkı vəziyyətindən danışıb.

“Hazırda bizim beş cinah müdafiəçimiz var: ikisi sağda, üçü solda. Heç kim Xavi Espartın belə səviyyədə oynayacağını gözləmirdi. Balde özünün ən yaxşı versiyasını göstərməlidir. O, artıq məşqlərdə bunu edir. O, narazıdır, çünki oynamaq istəyir, lakin dəqiqə qazanmır. Ancaq hər şey qaydasındadır, mən ondan razıyam. Bu, çətin vəziyyətdir, çünki mövqe uğrunda rəqabət gedir”, – deyə Flik bildirib.

Cari mövsümdə Balde “Barselona”nın heyətində heç bir rəsmi matçda iştirak etməyib. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər