featured-image-49037

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

“AFFA və Hakimlər Komitəsinin sədri Barış Şimşək aradında mövcud müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA adından Barış Şimşəyə gələcək fəaliyyətində uğurlar arzu edirik”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, Barış Şimşək 2022-ci ilin yayından bu vəzifədə çalışıb. (Report.az)

Bənzər xəbərlər