“Barselona” 111 illik uğuru təkrarladı
“Barselona” 111 il ərzində ilk dəfə mövsümə bütün rəsmi yarışlar daxil olmaqla ardıcıl 7 qələbə ilə başlayıb.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın VI turunda “Rasinq”i məğlub etməklə nail olub.
Hazırkı ölkə çempionu sonuncu dəfə 1915/1916 mövsümündə ardıcıl 7 qalibiyyətə imza atıb. Həmin vaxt komanda 44 qol vurmuşdusa, cari mövsümdə 33 dəfə fərqlənib.
Qeyd edək ki, “Barselona” 18 xalla La Liqada liderdir.







