"Barselona" "Arsenal"ın hücumçusunu transfer etdi - RƏSMİ
“Barselona” “Arsenal”ın hücumçusu Qabriel Jezusun transferini açıqlayıb.
Msport.az xəbər verir ki, 29 yaşlı forvard 2022-ci ilin yayından London klubunda çıxış edirdi.
O, bu müddət ərzində 123 oyunda 32 qol vurub və 22 məhsuldar ötürmə verib.
Jezusun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər idi.
“Transfermarkt” hücumçunu 17 milyon avro dəyərləndirir.







