“Barselona” isveçli futbolçu transfer etmək istəyir
“Barselona” transfer çalışmalarını davam etdirir.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Tottenhem”in mərkəz yarımmüdafiəçisi Lukas Bervalla maraqlanır.
İspaniya nəhəngi 20 yaşlı isveçli üçün artıq hərəkətə keçib. Onun “Tottenhem”lə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.
İsveç millisinin üzvü ilə həm də “Napoli” maraqlanır. Berqval “Brommapoykarna” yetirməsidir. O, 2024-cü ildə “Yurqorden”dən “Tottenhem”ə keçib.







