“Qalatasaray”ın maraqlandığı futbolçu satılmır
“Kristal Pelas” qış transfer dönəmində futbolçusu İsmaila Sarrı satmaq niyyətində deyil.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı cinah oyunçusu ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır.
Klub onu uzunmüddətli perspektivdə heyətdə saxlamaq istəyir.
Seneqallı oyunçuya maraq hələ də yüksək səviyyədədir. “Liverpul” yayda Sarr üçün təxminən 50 milyon funt-sterlinq təklif etsə də, qarşı tərəf bunu rədd edib. “Qalatasaray” da oyunçu ilə maraqlanır və yanvarda onu heyətinə qatmaq üçün yenidən cəhd göstərəcək. Bundan əlavə, Səudiyyə Ərəbistanı klubları da oyunçunu izləyir.
Qeyd edək ki, İsmaila Sarr 2024-cü ildən “Kristal Pelas”da çıxış edir.







