Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 finalda
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Araz-Naxçıvan” I Liqa təmsilçisi “Şimal”ı 6 cavabsız qolla məğlub edib.
Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutub.
II Liqada çıxış edən “Marafon” isə I Liqada mübarizə aparan “Zaqatala”ya qalib gəlib – 1:0.
Qeyd edək ki, II təsnifat mərhələsinin daha 3 oyunu bu gün baş tutacaq. Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.







