Luis “Mançester Siti”dəki durumundan narazıdır
“Mançester Siti”nin müdafiəçisi Riko Luis qış transfer dönəmində komandanı tərk edə bilər.
Msport.az xəbər verir ki, 21 yaşlı futbolçu oyun praktikasının azlığından narazıdır.
Bu səbəbdən, o, müntəzəm oynaya biləcəyi kluba keçmək üçün rəhbərlikdən ayrılmasına icazə verməsini istəyə bilər. İngiltərə Premyer Liqasının bir neçə klubunun onunla maraqlandığı bildirilir.
Riko Luis bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. İngiltərəli futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.







