“Barselona”nın Reşford tərəddüdü
“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordun daimi transferi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Msport.az xəbər verir ki, “Barselona” hələ Reşfordla bağlı yekun qərar verməyib.
Ancaq bildirilir ki, məsələ oyunçunun 30 milyon avroluq sərbəst qalma bəndi deyil, onun maaşıdır.
İngiltərəli futbolçunun maaşı klubun maaş sisteminə əhəmiyyətli dərəcədə təsir göstərəcək və bu, “Barselona”nın illərdir yaşadığı maliyyə fondu problemini bir az da qəlizləşdirir. Buna görə də, kataloniyalılar Reşfordun mövsümün sonuna qədər hansı formada olacağını görməyi səbirsizliklə gözləyirlər.
“Barselona” 28 yaşlı futbolçunu ötən ilin yayında “Mançester Yunayted”dən icarəyə götürüb.







