Bastoni İspaniya nəhənginə “hə” dedi
“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını “Barselona”da davam etdirə bilər.
Msport.az xəbər verir ki, 26 yaşlı italiyalı futbolçu maliyyə şərtləri uyğun olarsa, Kataloniya klubuna keçməyə hazırdır.
“Barselona”nın idman direktoru Deku və baş məşqçi Hans-Diter Flik müdafiəni gücləndirmək üçün Bastonini əsas variant hesab edirlər. Müqavilənin dəyəri 80 milyonla 100 milyon avro arasında dəyişə bilər.
Bastoni bu mövsüm bütün yarışlarda 35 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.







