“Bavariya”da ayrılıq - RƏSMİ
“Bavariya”da ayrılıq reallaşıb.
Msport.az xəbər verir ki, Almaniya nəhəngi rəsmi saytında oyunçusu Rafael Qerreyrunun gedişini açıqlayıb.
32 yaşlı portuqaliyalı 2025/26 mövsümünün sonunda Münhen klubundan azad agent kimi ayrılacaq. Oyunçu və klub müqavilənin müddətinin uzadılmaması barədə razılığa gəliblər.
Rafael Qerreyru 2023-cü ilin yayında “Borussiya Dortmund”dan transfer olunmuşdu. Portuqaliyalı futbolçu Münhen klubunda 89 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Bavariya” Almaniya Bundesliqasında növbəti oyununu 4 aprel şənbə günü səfərdə “Frayburq”a qarşı keçirəcək.







