featured-image-76411

“Bayern”in və Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenq haqqında Münhen prokurorluğu cinayət işi qaldırıb.

Msport.az xəbər verir ki, veteran futbolçu sürücülük hüququndan məhrum edildiyi dövrdə sükan arxasına keçməkdə ittiham olunur.

Almaniyada bu kimi hallar cinayət əməli sayılır. Bu səbəbdən Boatenq ya cərimə ödəməlidir, ya da o, 1 il həbs oluna bilər.

Qeyd edək ki, əvəllər Boatenq öz sevgilisinə bıçıqla xəsarət yetirməkdə ittiham olunmuşdu. Münhen Regional Məhkəməsi onun qızı döyməsini müəyyənləşdirmişdi. Həmin vaxt o, 200 min avro cərimə ilə canını qutarmışdı.

Bənzər xəbərlər