featured-image-54576

Futbol üzrə I Liqada 2-ci turun oyunlarına start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

“Cəbrayıl” “ASKO Arena”da “Zaqatala” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

“Mingəçevir” isə öz meydanında “Karvan”a 1:3 hesabı ilə məğlub olub. Qonaqların heyətində Bəhruz Teymurov het-trik edib. Yevlax klubu 2 oyundan sonra 100 faizlik nəticə ilə turnir cədvəlinə başçılıq edir.

I Liqa

II tur 

“Cəbrayıl” – “Zaqatala” 0:0

“Mingəçevir” – “Karvan” 1:3 

Qollar: Aqil Nəsibov, 54-pen – Bəhruz Teymurov, 31, 45+2, 87.

19 sentyabr

16:00 “Qaradağ Lökbatan” – “Qəbələ”

Lökbatan OİK stadionu

16:00. “Baku Sporting” – MOİK

“Baku Sporting Arena”

16:00. “Difai” – “İmişli”

Şamaxı OİK-nin stadionu

Bənzər xəbərlər