Belçikalı futbolçu hansı klubumuza keçir?
Belçikanın “Ekselsior” komandasının futbolçusu Ayyub Allaş karyerasını Azərbaycanda davam etdirəcək.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən klubu ilə müqaviləsini pozub.
Mərakeş əsilli belçikalı oyunçunun Azərbaycanın hansı komandasına keçəcəyi açıqlanmır. Amma əldə etdiyimiz məlumata görə, futbolçu “Qəbələ”yə gəlir.
Ayyub Allaş bu mövsüm “Ekselsior”un heyətində 14 oyun keçirib. O, daha əvvəl ölkəsində “Lyers” və ABŞ-da “Sportinq Kanzas Siti”inin də formasını geyinib.







