Belçikalı hücumçu "Qarabağ"ı favorit sayır
İki yaxşı komandanın ifasında marqlı oyun izləyəcəyik”.
Bunu Msport.az-a açıqlamasında “Zirə”nin futbolçusu Loris Bronyo Bakıda “Qarabağ” və Belçika “Gent”i arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Belçikalı hücumçu həmyerlilərinin yaxşı formada olduğunu bildirib: “Gent”in heyətində keyfiyyətli futbolçular var. Amma “Qarabağ” da avrokubok matçlarında hər zaman yaxşı təsir bağışlayır. Bu mənada baxımlı oyun izləyəcəyimizi düşünürəm”.
32 yaşlı forvard görüşü stadionda canlı izləyəcək: “Oğlumla birlikdə arenada olacağıq”.
Bronyo “Favorit kimdir” sualına isə belə cavab verib: “Fikir bildirmək çətindir. Amma mən “Qarabağ” demək istəyirəm. Çünki evdə oynayırlar”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
CAHİD







