featured-image-35753

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, çalışdırıcı əvvəlcə məğlubiyyəti şərh edib.

– İlk yarıda istədiyim komandanı görmədim. Fərq 2 topa qədər yüksəldikdən sonra istədiyim “Qəbələ”ni gördüm. Razı deyiləm. Komanda şəklində 3 məğlubiyyətdən ibarət acı seriyanı qırmalıyıq.

– Fasilədə nəyi dəyişdiniz?
– Qlobal bir şey olmadı. Sadəcə, daha aqressiv olmaq lazım idi. Məncə, bəxt qonaqların tərəfində oldu.

– Komanda psixoloji təzyiq altındadı?
– Xeyr, psixoloji təzyiq olsa, 90 dəqiqə bu gərginliyi yaşayardıq.

– Rəşad Əzizliyə şans tanımamağınızın səbəbi nədədi?
– Zədəlidi. Onu əvəzedici kimi götürməmişəm. Rəşada şans verəcəm.

– Qarşıda “Neftçi” və “Zirə” ilə oyunlar var.
– İlk 3 turdan sonra belə nəticəni heç kəs gözləmirdi. Komandama güvənirəm.

– Yeni transferlər gözlənilir?
– Daha çox hücum xəttinə futbolçu axtarırıq.

Bənzər xəbərlər