featured-image-14600

“Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Onlara qarşı oynayanda ancaq vuruşmalısan. Başqa yolumuz yox idi. Bu rəqiblə görüşə fərqli ab-havada çıxırıq. Komanda yoldaşlarım əlindən gələni etdi, əziyyət çəkdi”.

Bunu Msport.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu İlkin Qırtımov evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur oyunu barədə danışarkən deyib.

43-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Marko Yankoviçin sinəsinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulan 32 yaşlı müdafiəçi etdiyi hərəkətə görə üzr istədiyini bildirib:

“Qırmızı vərəqə almağımla bağlı çox şey yazırlar. Bəzəməyə nəsə axtarırlar. Həmin anın məndə fotosu da var. Videoda fərqli göünür. Rəib məni, mən də onu görmürdüm. Bir-birimizə çox yaxın idik, ayağımı çəkə bilməzdim. Sadəcə, bizdə nəyisə bəzəmək məşhur adətdir. Yankoviçdən də, komanda yoldaşlarımdan da üzr istəmişəm. Başa düşürəm ki, yoldaşlarımı çətin vəziyyətdə qoydum”.

Qırtımovun sözlərinə görə, bunlar futbolun içində olan şeylərdir: “Guya, belə hallar ancaq Azərbaycanda baş verir, başqa ölkələrin çempionatında olmur. Dediiym kimi, rəqibi görmürdüm. Hər şey bir saniyə içində oldu. Belədə ayağımı necə geri çəkə bilərdim? Çünki topa birinci mən toxunmuşdum. Hər ikimiz topa doğru sürətlə hərəkət etdik. Ona görə belə təhlükəli alındı. Hər ikimizin fikri topda idi. Rəqibi görsəydim, ayağımı o qədər açmazdım. Oyunçunu görmürdüm. Bilərəkdən kiminsə sinəsinə vurmaram. Hər ikimiz futboldan çörək pulu qazanırıq”.

O, meydandan qovulmaqla komandasını pis vəziyyətdə qoyduğunu vurğulayıb: “Amma mənə görə uduzub-uduzmadıqlarını Allah bilir. Bəlkə mən olsaydım, daha böyük hesabla məğlub olardıq. Sadəcə, bu hadisə mənim başıma gəldi. Mənə görə uduzublarsa, inşallah, nə vaxtsa mənə görə də udarlar”.

Bənzər xəbərlər