featured-image-82826

“Real” yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə imzalamağa çox yaxındır.

Msport.az xəbər verir ki, tərəflər arasında yeni sözləşmənin 2032-ci ilin yayına qədər qüvvədə olması gözlənilir.

23 yaşlı ingiltərəli futbolçunun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi isə 2029-cu ilin yayında başa çatır.

Qeyd edək ki, Bellinqem 2023-cü ildən “Real”ın formasını geyinir. O, “Kral klubu”nun heyətində keçirdiyi 147 oyunda 49 dəfə fərqlənib və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər