Benzema Bundesliqada oynayacaq
Fransa millisinin sabiq forvardı Kərim Benzema böyük ehtimalla Türkiyə klublarına keçməyəcək.
Msport.az xəbər verir ki, “Fənərbağça”, “Trabzonspor”, “Beşiktaş” klublarından təklif alan 38 yaşlı hücumçu Almaniyada oynamaq niyyətindədir.
O, “Bayer”dən gələn təklifi dəyərləndirəcək. “Real”, “Əl-Şabab”, “Nyukasl”ın da transfer siyahısında yer alan Benzema Leverkuzen klubuna keçidə üstünlük verib.
Təcrübəli hücumçu “Lion”, “Real”, “Əl-İttihad”, “Əl-Hilal”da çıxış edib.







