featured-image-49724

“Turan Tovuz” klubunun yeni baş məşqçisi Kurban Berdıyevlə imzalayacağı müqavilənin müddəti bəlli olub.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, türkmənistanlı mütəxəssis 2+1 illik sözləşməyə imza atacaq.

71 yaşlı çalışdırıcının iyunun 21-də Azərbaycana gələcəyi, 3 gün sonra isə onun rəhbərliyi altında təlim-məşq toplanışının start götürəcəyi bildirilib.

Qeyd edək ki, Kurban Berdiyev “Turan Tovuz”un sükanı arxasında Ayxan Abbasovu əvəzləyib. Tanınmış mütəxəssisin son klubu Dağıstanın “Dinamo” (Mahaçqala) komandası olub.

Bənzər xəbərlər