Beş cüdoçumuz Avropa çempionatında tatamiyə çıxacaq
Bu gün Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı başlayacaq.
Msport.az xəbər verir ki, ilk gündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq.
Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva medal qazanmağa çalışacaqlar.
Avropa çempionatı
Qadınlar
48 kq.
Leyla Əliyeva – Lois Petit (Belçika)
52 kq.
Gültac Məmmədəliyeva – Coana Dioqo (Portuqaliya) / Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə
Kişilər
60 kq.
Balabəy Ağayev – Andreya Karlino (İtaliya) / Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov – Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar) / Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə
66 kq.
Yaşar Nəcəfov – Matteo Piras (İtaliya)
Qeyd edək ki, dünya çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan millisi yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.