featured-image-43561

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Msport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışlara start veriləcək.

57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində güləşən idmançılar xalça üzərinə çıxacaqlar. Azərbaycan millisinin 5 üzvü də yarışa qoşulacaq.

57 kq
İslam Bazarqanov təsnifat mərhələsindən mübarizəyə başlayacaq. İslamiadanın gümüş medalçısı Aryan Tsiutrin (AİN) ilə qarşılaşacaq.

65 kq
Əli Rəhimzadə də təsnifat mərhələsində qüvvəsini sınayacaq. Avropa çempionatının ikiqat bürünc mükafatçısı Səlim Naim (Bolqarıstan) – İslam Hüseynov (AİN) cütünün qalibi ilə qarşılaşacaq.

70 kq
Kənan Heybətov da təsnifat mərhələsindən yarışa start verəcək. Gənclər arasında dünya çempionumuz George Bukurla (Rumıniya) güləşəcək.

79 kq
Orxan Abasov çempionatda ilk görüşünü 1/8 finalda keçirəcək. O, İman Mahdavi (UWW) ilə üz-üzə gələcək.

97 kq
Maqomedxan Maqomedov 1/8 finalda xalçaya çıxacaq. Son iki Avropa çempionatının finalçısı 2022-dəki qızıl və ötənilki gümüşə növbəti medalını əlavə etmək uğrunda mübarizəyə Georgian Tripon (Rumıniya) ilə qarşılaşma ilə başlayacaq.

Qeyd edək ki, digər 5 güləşçimiz sabah xalça üzərinə çıxacaq.

Bənzər xəbərlər