featured-image-16732

“Ayntraxt”ın yarımmüdafiəçisi Mario Götze dünya çempionatında iştirak edəcək Almaniya millisinin yekun heyətinə daxil edilib. Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu sonuncu dəfə milliyə 2017-ci ildə çağırılıb.

O, 5 il öncə noyabrın 14-də Fransa ilə matçda (2:2) 25 dəqiqə meydanda olub. Ondan sonra Götze millinin sabiq baş məşqçisi Yoahim Löv, nə də hazırkı çalışdırıcı Hans-Diter Flik tərəfindən dəvət almamışdı.

Götze Bundestimdə 63 oyunda 17 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər