featured-image-35156

“Neftçi”nin “Jelezniçar”la oyununa baxa bilmədim. Çünki həmin vaxt məşqimiz var idi. Amma nəticədən xəbərim oldu. Növbəti mərhələyə adlayıblarsa, deməli, layiqli qələbə qazanıblar”.

Bunu Msport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Voislav Stankoviç deyib.

“Ağ-qaralar”ın bu gün Bakıda “Beşiktaş”a qarşı keçiriləcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşən serbiyalı müdafiəçi Türkiyə təmsilçisinin qələbə şanslarını yüksək qiymətləndirib:

“Beşiktaş” sorğu-sualsız favoritdir. Çox güclü komandadır. Bununla belə, “Neftçi” əllərini yana salmamalı, oyuna maksimum dərəcədə yaxşı hazırlaşmalı, meydanda ən yaxşısını etməlidir. İlk növbədə Azərbaycan, daha sonra isə özləri üçün oynamalıdırlar. “Qəbələ”də çıxış edərkən Avropa Liqasının qrupuna düşmək üçün “Panatinaikos” və “Lill” kimi komandaları məğlub etmişdik. Həmçinin, “Neftçi”də oynayanda “Arsenal”a qalıb gəlmişdik. Futbolda hər şey ola bilər. Ümid edirəm ki, onlarda alınacaq”.

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər