featured-image-14467

Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi”- “Turan Tovuz” oyunundan (0:0) qonaqlarıb baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər veriri ki, o, oyunlar bağlı belə deyib:

“Səfərdə bu komanda ilə oynamaq çətin idi. Amma bu cür oyunlar bizim üçün vacibdir. Futbolçular əzmkarlıqları ilə xal qazandılar. Mübarizəli oyun oldu. Əks hücumlarda yaxşı epizodlara girdik. Bir az soyuqqanlı olsaydıq, qol vura bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha çətin olacaq”.

41 yaşlı mütəxəssis meydana ciddi itkilərlə çıxdıqlarını bildirib: “Runi Eva iki tur zədəli oynadı. Ona istirahət verdik. Rotasiyalar normaldır. Bu ay 5 oyun keçirəcəyik. Bu gün bəzi yeni futbolçulara şans verdik. Uğurlu çıxış etdilər”.

O, ikinci hissədə zədələnən Ehtiram Şahverdiyevin durumuna da toxunub: “Başından zərbə aldı. Meydanda qalması riskli idi. İndi durumu ilə maraqlandım. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək. Ümid edirəm ki, ciddi deyil”.

Bənzər xəbərlər