featured-image-35414

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra (3:0) meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə fikirlərini bölüşüb.

– Futbolçularımı təbrik edirəm. Vacib oyun idi və daha önəmlisi az oynayan futbolçuların formasını bərpa etməsi idi. Tapşırıqlarımı layiqində yerinə yetirdilər. Qarşıdakı oyunlarda daha yaxşı olacaqlar. “Turan Tovuz”un özünəxas oyun üslubu var. Futbolçularımı təbrik edirəm.

– İlk hissədə oyunçular istidən əziyyət çəkdilər. “Sumqayıt” – “Sabah” oyununun da təxirə salındığını nəzərə alsaq, bu görüşün saatının çəkilməsi ilə bağlı müraciət edə bilməzdiz?
– Doğrudan da, çox isti idi. Düzü, bəlkə biz də müraciət etsəydik, yox deməzdilər. İki günün içində bilindi ki, görüş təxirə salınıb və bizim də ağlımıza gəlmədi ki, buna görə müraciət edək.

– HİK evində daha yaxşı oynayır. Onların güclü və zəif tərəflərini bilirsiz?
– Rəqibin zəif tərəfləri haqda danışmaq düzgün olmaz. Hər komanda, hər məşqçinin öz oyun üslubunu yaxşı yerinə yetirirsə, deməli stabil komandadır. HİK də bunlardan biridir. Neçə illərdir üslublarını qoruyurlar. Onları yaxından tanıdıq. İlk oyunda bizi xeyli yordular. Ümid edirəm ki, səfərdə çatışmazlıqlarımızı aradan qaldırarıq. Daha diqqətli olmalıyıq. HİK tam fiziki formasındadır. Ola bilər ki, bizimçün hansısa sürpriz etsinlər. Maraqlı oyun olacaq.

– Transfer olacaq?
– Ola bilər. Hazırda bir neçə oyunçu var, danışıqlar gedir. Transfer ola bilər.

– Çili mətbuatı “Kolo-Kolo”nun futbolçusu Jordi Tompsonu “Qarabağ”a yazıb…
– Siyahımızda ola bilər. Danışıqlar apardığımız oyunlar çoxdur.

– HİK-lə səfər oyunu süni örtüklü meydançada olacaq. Bunun komandaya mənfi təsiri ola bilər?
– Təbii örtük bizimçün daha rahat və asandır. Problemlər ola bilər, amma bu haqda düşünmürük.

– Bu gün bəzi oyunçuları fərqli mövqelərdə oynatdız. Necə təsir bağışladılar?
– Nərimanı Maksimə görə fərqli mövqeyə qoyduq. Çox böyük risk deyildi. Adama həm sağda, həm solda, həm mərkəzdə oynaya bilir.

Bənzər xəbərlər