featured-image-4302

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının UEFA Konfrans Liqasının finalında “Feyenoord” üzərində qələbəsini şərh edib. Msport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya klubunda qalacağını deyib:

“Torino” üzərində qələbədən (3:0) sonra mən paltardəyişmə otağında dedim ki, biz lazım olanı etdik: Avropa Liqasına vəsiqə qazandıq. Bu gün də biz işləməyə yox, tarix yazmağa çıxmışdıq və bunu bacardıq.

Biz lap əvvəldən hiss edirdik ki, Konfrans Liqasında qələbə qazanacağıq. Oyunlar get-gedə çətinləşirdi. “Marsel”, “Feyenoord” kimi güclü klublar kuboka iddialı idilər. Ancaq kuboku almağı hədəfləmişdik, buna görə də çempionatda bəzi xal itkilərimiz oldu.

“Roma”da qalıram, bununla bağlı heç bir şübhə ola bilməz. Mən Romada qalmaq istəyirəm. Klubun sahibləri əla insanlardır və təmiz iş görürlər. Bu tarixin davamı gəlməlidir. Biz bu proekt üzərində işimizi davam etdirməliyik və gələn mövsümlə bağlı planları müəyyənləşdirməliyik.

Bütün beynəlxalq titullar vacibdir. Ancaq mən və Trapattoni avrokubokları 5 dəfə qazanmışıq. Özümü bir az qoca hiss edirəm. Mən 2003-də 2015 ya da 2016-da (əslində isə 2017-də olub) qələbə qazanmışam, indi isə 2022-ci ildir. İndi isə qələbəni qeyd edib öz çimərliyimizdə dincəlmək istəyirəm”.

Bənzər xəbərlər