featured-image-37640

Futbol üzrə qadınlardan ibarət futbol Monteneqro millisinin baş məşqçisi Mirko Mariç Millətlər Liqasının C3 qrupunun 2-ci oyununda Azərbaycan uduzmaqları (0:1) haqda danışıb.

Msport.az xəbər verir ki, mütəxəssis yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında Azərbaycan yığmasının yaratdığı yeganə şansdan qol vurduğunu deyib:

“Azərbaycanın nəticə üçün oynayan komanda olduğunu demişdim. Əvvəlcədən də çətin oyun olacağını gözləyirdik. Bunu da gördük. Matç boyu biz daha yaxşı olan tərəf idik, təşəbbüs bizim tərəfdəydi, rəqib yaratdığı yeganə şansdan qolunu vurdu. Yarım epizoddan qol buraxdıq.Qızlar bacardıqları qədər oynadılar, bir neçə epizodda qol vura bilərdilər, amma təəssüf ki, bacarmadılar. Davam etməliyik, qarşıda hələ dörd oyunumuz var və düşünürəm ki, çoxlu xal qazanacağıq”.

Bənzər xəbərlər