featured-image-29392

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 33-cü turunda evdə “Səbail”ə 1:0 öndə olduğu matçda 1:3 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyunu dəyərləndirib:

“Səbail”in qalib gəlməsi ilə Premyer Liqada qalmaq uğrunda mübarizə daha qızışdı. Vəziyyətimizi bir az da çətinləşdirdik. Oyuna gəlincə, qolumuzu vurmuşduq, ikinci hissədə 10-15 dəqiqə hər şey rahat gedirdi. Təəssüf ki, o səhv ümumi komandanın da oyununa mənfi təsir elədi, uduzduq. Çempionatın başa çatmasına 3 tur qalır, görək nə edirik. Çalışacağıq ki, yüksək liqada qalaq”.

“Sumqayıt” qarşıdakı 3 turda “Sabah”, “Qarabağ” və “Zirə” ilə qarşılaşacaq. Təqvimin onlar üçün ağır olduğu fikrinə Abasovun cavabı belə olub:

“Sözün açığı indi elə durumdayıq ki, nəinki öz oyunumuz, rəqiblərin görüşləri də çox önəmlidir. Sən oynadığın həftə rəqib də çıxış edir. Onların qalib gəlməyi artıq səni pis vəziyyətə salır. Biz öz oyunumuzdan da əlavə ümid edəcəyik ki, rəqiblər də xal yığmasın. Bu nə qədər peşəkarlıqdan kənar görünsə də, futbol reallığı budur. Çünki artıq öz oyunumuza da ümid eləmirik.

Bu günkü oyunu ümumi götürsək…(pauza). Bilmirəm vallah, nə deyim. Çox çətindir. Bizi üzən odur ki, evdə qalib gələ bilmirik. Baxmayaraq ki, son pillələrdə gedirik, bu gün oynadığımız komanda da bizdən aşağı yerdədir, amma azarkeş dəstəyini gördünüz, necə idi. Təəssüf ki, azarkeşlər hər dəfə belə peşman qayıdırlar, buna çox üzülürük. İndi bu düzələsi deyil, gözləyəcəyik”. (CBC Sport)

AYXAN 

 

Bənzər xəbərlər