featured-image-13602

Milli komandamız Millətlər Liqasının son oyununda Qazaxıstan üzərində qələbə qazandı – 3:0. Bakıya qrup qalibi kimi gəlmiş qonaqların bu cür məğlubiyyətlə üzləşməsi Qazaxıstan mətbuatında da geniş müzakirə olunur.

Msport.az sports.kz saytında dərc olunmuş “Çubuksuz sıfırlar. Qazaxıstan yığması Bakıda Millətlər Liqasının qrup qalibi olmasını necə qeyd etdi” yazısını kiçik ixtisarla təqdim edir:

“Belarusla “Astana Arena”da meydana çıxan futbolçuların bəzilərinə istirahət verən Maqomed Adiyevi bir tərəfdən başa düşmək olar. Digər tərəfdən buna həqiqətən də ehtiyac var idimi?

Yığmamız növbəti oyunu, yeri gəlmişkən yoldaşlıq matçını (nəticə baxımından heç bir xüsusi önəm daşımayan qarşılaşma) noyabrın 19-da keçirməlidir. Qazaxıstan Premyer Liqasında növbəti turun oyunları isə oktyabrın 1-2-nə təyin olunub. Yəni Bakı səfərindən sonra millinin üzvlərinin dincəlmək üçün vaxtları olacaqdı. Əlbəttə, məşqçi bəzi futbolçuları iş başında görmək istədi. Həmin oyunçuları o, ciddi önəm daşıyan görüşlərdə meydana buraxmayıb. İndi isə turnir cədvəli nöqteyi-nəzərdən heç nə həll etməyən oyunda (amma komandanın ümumi reytinqinə təsir göstərir. Bizim üçün isə bu, heç də etinasız olmamalı idi) start heyətində Marat Bıstrov peyda oldu. Timur Dosmaqambetov, Belarusla qarşılaşmada sonradan meydana daxil olmuş Baqdat Kairov, İslambek Kuat, Elxan Astanov və Abılayxan Jumabek ilk dəqiqələrdən meydanda idilər. Faktiki olaraq Qazaxıstan millisi Bakıda eksperimental heyətlə oynayırdı. Çox böyük təəssüflə qeyd edək ki, ehtiyat qüvvə özünü yaxşı tərəfdən göstərə bilmədi.

Hələ birinci hissədə Nurali Alıp axmaqcasına qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoydu. Komandası üçün bu oyunun necə ağır keçdiyini görüb final fitinə hələ xeyli qalmış qırmızı alan adamın ağlından nələr keçdiyini düşünmək çətindir. Belə təəsürat yaranır ki,  “Zenit”ə getdikdən sonra  onda müəyyən qədər “ulduz xəstəliyi” yaranıb. Bunu baş məşqçi gələcək oyunlarda nəzərə almalıdır. Əslində Alip meydanda olanda da qonaqların nə oynadıqlarını başa düşmək olmurdu.

İndi azərbaycanlı həmkarlarımız qazaxıstanlılara lağ edirlər ki, onlar meydan sahiblərinin qapısına 1(!) zərbə belə endirməyiblər. Təkcə çərçivəyə yox, ümumiyyətlə, qapıya. Zərbələrin statistikası: 20:0. Çərçivəyə zərbələr – 7:0. Künc zərbələri: 10:0. Hamısı təbii ki, azərbaycanlıların xeyrinə. Topa nəzarət kimi – 70% – 30%. Bir sözlə, total üstünlük. Bizim üçün katastrofik.

Meydan sahibləri də yumuşaq desək parlamırdılar.  Azərbaycan yığması çox sadə və proqnozlaşdırılan oynayırdı. Cinahla keçidlər – cərimə meydançasına ya havaŞ ya da yerlə  ötürmələr. Orda isə artıq top uğrunda mübarizə gedirdi. Xüsusən sol cihanda Ramil Şeydayev çalışqan idi. Hücumun sivri ucunda oynayan Renat Dadaşov çox inadkar idi.

Yeri gəlmişkən, bizim azərbaycanlılarla elə də işimiz yoxdur. Kaş başa düşə bilsəydik, bizimkilərə Bakıda nə olmuşdu…

Bənzər xəbərlər