featured-image-56105

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

Msport.az xəbər verir ki, yığmanın heyətində ilk mükafatı Marjona Savriyeva aktivinə yazdırıb.

50 kq çəkidə mübarizə aparan boksçumuz yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə üz-üzə gəlib. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, yarımfinal mərhələsində yığmamızın daha 3 boksçusu rinqə çıxacaq.

Bənzər xəbərlər