featured-image-8920

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris”in Mətbuat Xidmətinin rəhbəri Xristoforos Mixayludis qarşıdakı oyunla bağlı açıqlamalar verir.

Msport.az xəbər verir ki, Kipr klubunun rəsmisi “Sport FM” radiosunun qonağı olub. O, oyuna vaxt azaldıqca həyəcanın artdığını deyib:

“Həyəcan tək “Aris”in azarkeşlərində yox, futbolçularda və bizdə də var. Komanda 2:0 hesablı üstünlüyü qoruyub avrokuboklarda mübarizəni davam etdirməlidir. Şübhəsiz ki, növbəti mərhələyə yüksəlməyə inam və həvəs var”.

Limassol klubunun nümayəndəsi “Neftçi” ilə ilk görüş haqqında da danışıb:

“İlk oyunda 18 qol hücumumuz oldu ki, bu da, orta hesabla hər 5 dəqiqədən bir şans əldə etmək deməkdir. Bu statistika komandanın nə qədər yaxşı oynadığını göstərir. Daha böyük hesabla qalib gəlmək şansını qaçırdıq. Amma dünya futbolunda çox görmüşük ki, komandalar çoxsaylı qol vəziyyətləri yaratsalar da, bir dəfə belə fərqlənə bilmirlər. Mənim üçün komandanın yaxşı oynaması çox önəmlidir. Cümə axşamı günü hər şey çox yaxşı getdi. 2:0 çox yaxşı nəticədir, amma eyni zamanda heç bir şeyi təminat altına almayan nəticədir. Komanda səfərə sanki ilk oyunda qalib gəlməyibmiş kimi tam ciddiyətlə yollanır”.

Xatırladaq ki. “Neftçi” – “Aris” cavab matçı  iyulun 28-də “Bakcell Arena”da saat 21:00-da başlayacaq. İlk görüşdə “Nefçi” 0:2 hesabı ilə məğlub olmuşdu.

Bənzər xəbərlər