featured-image-35672

“Komanda yoldaşlarıma təşəkkür edirəm. Geridən gəldik və çox böyük komanda ruhu göstərdik. İlk hissəni məğlub tamamladıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Beşiktaş”ın hücumçusu Vensan Abubakar Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“İkinci yarıda xarakter göstərdik və çox istəkli oynadıq. Qələbə qazanmağı bacardıq. Önümüzdəki matçlar üçün yaxşı nümunə oldu. Xoşbəxtik. Mən lider deyiləm. Komanda yoldaşlarıma, gənc oyunçulara əlimdən gələn köməyi etməyə çalışıram. Komandanın bir parçasıyam”.

Bənzər xəbərlər