"Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram"
Bu layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram.
Msport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis böyük turnirlərin final mərhələlərinə qatılmaq üçün çalışacaqlarını vurğulayıb: “Mənim daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün buradayam”.
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.