Braziliya millisinin yeni 10 nömrəsi bilindi
Braziliya millisində 10 nömrəli formanı geyinəcək yeni oyunçu bəlli olub.
Msport.az xəbər verir ki, yeni nömrələnmə Braziliya millisinin 2030-cu il dünya çempionatına hazırlıq dövrünün başlanğıcı ilə əlaqədardır.
Millidə 10 nömrəli formanı “Barselona”nın hücumçusu Rafinya geyinəcək. Rafinya 2026-cı il dünya çempionatında 11 nömrə ilə çıxış edib. Həmin vaxt 10 nömrəli forma hazırda milli karyerasını başa vurmuş Neymara məxsus olub. Yeni nömrələnmədə Endrik 19-dan 9-a, Estevao isə 20-dən 11-ə keçib. Vinisius Junior 7, Bruno Gimaraynş isə 8 nömrəni qoruyub.
Qeyd edək ki, Braziliya millisində 10 nömrəli formanı Pele, Ziko, Rivaldo, Ronaldinyo kimi futbolçular geyinib.







