featured-image-84651

“Real”ın İspaniya çempionatının 10-cu turunda “Valensiya”nı 3:0 hesabı ilə məğlub etdiyi matçdan sonra qalmaqal yaşanıb.

Msport.az xəbər verir ki, komandalar arasında gərginlik hələ ilk hissədə, meydanda baş verən insidentdən sonra yaranıb.

“Valensiya”nın futbolçusu Maffeo ilə Mark Kukurelya arasında sərt toqquşma yaşanıb. Lakin münaqişə komandalar fasiləyə yollanarkən daha da böyüyüb.

“Real”ın futbolçuları tuneldə rəqib komandanın üzvlərini təhqir ediblər. Həmin insident zamanı Cud Bellinqemin stadionun təhlükəsizlik əməkdaşlarından birinə zərbə endirdiyi, Antonio Rüdigerin isə digər stüarda şillə vurduğu iddia olunur.

Zərərçəkənlər baş hakim Ernandes Maesoya müraciət edərək baş verənlər barədə məlumat veriblər. Lakin jurnalist Naço Sançesin iddiasına əsasən, hakim bu hadisələri matçın protokoluna daxil etməyib.

Qeyd edək ki, “Real”ın 3:0 hesablı qələbə qazandığı görüşdə Federiko Valverde (28), Arda Gülər (36) və Kilian Mbappe (75) fərqləniblər. “Valensiya”nın futbolçusu Xose Luis Qaya isə 79-cu dəqiqədə qırmızı vərəqə alıb.

Bənzər xəbərlər