featured-image-84653

Yaponiya Futbol Assosiasiyasının (JFA) fəxri prezidenti Kozo Taşima gələn ilin martında keçiriləcək FIFA prezident seçkisində hazırkı qurum rəhbəri Canni İnfantinoya rəqib olacaq.

Msport.az xəbər verir ki, Taşimanın namizədliyini irəli sürmək qərarı Yaponiya futbolunda idarəçiliklə bağlı narazılıqların artdığı bir vaxtda gündəmə gəlib.

Bu addımdan əvvəl Yaponiyanın sabiq baş məşqçisi Takeşi Okada ötən ay JFA-nın vitse-prezidenti vəzifəsindən istefa verib. 1998 və 2010-cu il dünya çempionatlarında Yaponiya millisinə rəhbərlik etmiş Okada qərarını FIFA və dünya çempionatı ətrafında baş verən proseslərlə bağlı narahatlıqları ilə əsaslandırıb. Onun istefası Asiya Futbol Konfederasiyasının (AFC) İnfantinonun yenidən seçilməsinə dəstək verdiyini açıqlamasından sonra baş verib.

Taşima FIFA-nın hazırkı rəhbərinə qarşı çıxmaq niyyətini bir neçə ay əvvəl də ifadə edib. Onun İnfantinonu vəzifəsindən uzaqlaşdırmaq şansını təxminən 30 faiz qiymətləndirir.

Bənzər xəbərlər