Braziliya prezidenti: "20 ildən sonra yenidən dünya çempionu olmaq vaxtıdır"
Braziliyanın yeni seçilmiş prezidenti Lula yenidən dünya çempionu olmalarının vaxtı çatdığını deyib.
Msport.az xəbər verir ki, əsl adı Luis İnasio Lula da Silva olan siyasətçi özünün tvitetr səhifəsində bu haqda yazıb:
“Hesab edirəm ki, 20 ildən sonra Braziliyanın yenidən dünya çempionu olmaq vaxtıdır. Digər milli komandalar o qədər də yaxşı vəziyyətdə deyillər. Kriştiano Ronaldo əvvəlki kimi oynaya bilmir. Odur ki, qələbəyə çox ümid edirəm”.
Braziliya millisi qrupda Serbiya, İsveçrə və Kamerun komandaları ilə mübarizə aparacaq.