featured-image-77365

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün iki görüş keçiriləcək.

“Şamaxı” öz meydanında “Kəpəz”lə qarşılaşıb. Ayxan Abbasovun komandası doğma meydanda 2:0 hesabı ilə qələbə qazanıb.

Günün ikinci matçında “Neftçi” “Qarabağ”ı qəbul edib. Maraqla gözlənilən Azərbaycan derbisi saat 19:00-da başlayacaq. Qeyd edək ki, stadionda anşlaq olması gözlənilir.

“Qarabağ” “Neftçi”ni 5:1 hesabı ilə məğlub edib.

26 aprel (bazar)

Misli Premyer Liqası, 29-cu tur

16:00 “Şamaxı” – “Kəpəz” – 2:0 

Qol: Rikardo Apolinario, 68, Andrey Tirkoveanu, 75

Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 “Neftçi” – “Qarabağ” – 1:5

Qollar: Musa Qurbanlı, 9 (0:1), Elvin Bədəlov, 20 (1:1), Musa Qurbanlı, 32 (1:2), Joni Montiel, 38 (1:3), Leandro Andrade, 68 (1:4), Emmanuel Addai, 90+3 (1:5)

Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

25 aprel (şənbə)

“Qəbələ” – “Araz-Naxçıvan” – 1:1

“İmişli” – “Sumqayıt” – 0:2

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” – “Zirə”

20:00. “Sabah” – “Karvan-Yevlax”

Bənzər xəbərlər