Bu gün "Qızıl top"un yeni qalibi bilinəcək
Bu gün “Qızıl top”un qalibi bilinəcək.
Msport.az xəbər verir ki, “France Football” nəşri tərəfindən keçirilən ənənəvi sorğunun budəfəki qalibinə mükafat Parisdəki “Şatle” teatrında təqdim ediləcək.
İlin ən yaxşı oyunçusunun müəyyənləşəcəyi tədbir Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
“Qızıl top”a ən real namizəd kimi Madrid “Real”ının braziliyalı futbolçusu Vinisius Junior göstərilir.
Qeyd edək ki, mükafatın ötənilki qalibi Lionel Messi olub.