featured-image-30882

Millimizin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına geniş müsahibə verib. Msport.az müsahibəni sizə təqdim edir:

  • Siz həmişə Bakıda olursuz? 
  • Bəli, komanda burada məskunlaşıb. Ağdam 30 il işğal altında olub axı. İndi hər şey yenidən bərpa olunur. Bizə hətta söz veriblər ki, bir neçə ildən sonra orda oynaya bilərik. Heç olmasa bəzi matçları. Stadionun lahiyəsi hazırdır. Ağdam azad olunduqdan sonra komanda ilə ora getmişdik. Hər şey dağıdılıb, heç bir həyat işarəsi yoxdur. Deyirdilər ki, onların ərazisidir, 30 ildə nəsə tikə bilərdilər də. Ancaq orda heç nə yoxdur, yalnız xarabalıqlar. Hər yer də minalanıb. Ümid edirəm ki, vaxt gələcək biz evimizə qayıda biləcəyik və oyunlarımızı Ağdamda keçirəcəyik.
  • media-16855661561437915423
  • “Qarabağ” avrokubokların son mövsümündə əla çıxış etdi. Özünüzdən belə nəticə gözləyirdiniz? 
  • Əla, amma bütün yarışlardan kənarda qaldıq. Hər yerdə şansı son anda əldən verdik.
  • Qulaq asın, axı real olaraq çox getdiniz. 
  • Bu bizim üçün şok deyildi. Buna hazırlaşmışdıq və bunu istəyirdik. Heç bir vau yox idi ki, kimləri məğlub etmişik. Kifayət qədər ciddi komandaları keçdik – “Lex”, “Sürix”, “Ferentsvaroş”. Axırda azca nəsə çatmadı. “Viktoriya”ya uduzduq.
  • Yəqin ki, bütün bu klublar iqtisadi baxımdan “Qarabağ”dan üstündürlər. Nəyin hesabına keçdiz onları? 
  • Məşqçimizin qurduğu komanda sistemi nəticəsində. Bu artıq sirr deyil. Hər kəs görür, biz necə oynayırıq, bütün Avropa “Qarabağ”ı tanıyır. Əvvəl bizi ciddi qəbul etmirdilər, amma indi “Nant”, “Frayburq” kimi klublar daha hörmətlə yanaşırlar.
  • Qurban Qurban 15 ildir komandaya rəhbərlik edir. “Qarabağ”ın əfsanəsidir?
  • Təkcə klubun yox, bütün ölkənin əfsanəsidir. O, komandanı Çempionlar Liqasının qrupuna da çıxarıb. Azərbaycan futbolu üçün çox işlər görür.
  • “Ferentsvaroş”la oynayanda Çerçesovla söhbət etdiz? 
  • Yox. Orda təkcə Çerçesov yox, qapıçılarla işləyən Stauçe də var. Yəqin ki, onlar bilirdilər ki, mən Rusiyada oynamışam. Amma heç bir söhbətimiz olmadı. Mən bildiyim qədəri ilə Çerçesov spesefik insandır. Ona sadəcə yaxınlaşıb “Necəsiz?” demək olmaz. Həm də onlar uduzmuşdular. Onun danışmağa halı yox idi.
  • Stanislav Salamoviç çox əsəbləşmişdi? 
  • Yəqin ki. Mənə elə gəlir ki, onlar bizi rahat keçəcəklərini gözləyirdilər. Lakin Bakıda bərabər oyunda onları məğlub edə bilərdik. Səfərdə isə hesab 3:1-dən də böyük olmalı idi. Orda dəhşət atmosfer var idi. “Ferentsvatoş” yaxşı komandadır. Əla futbol alındı.
  • Canni De Byazi Azərbaycan millisinə İtaliya futbol dəyərlərini gətirib. Ən əsası qol buraxmamaqdır?
  • O, təzə gələndə biz daha çox müdafiə futbolu oynamağa çalışırdıq. Bunu İtalyan sistemi də adlandırmaq olar. Lakin bizə müdafiədə oturmaq çətindir. Qafqazlılar xarakter olaraq daha çox hücuma atılırlar. Ön xətdə də keyfiyyətli futbolçular toplaşıb. Portuqaliyaya 0:1 hesabı ilə uduzduq, üç-dörd oyunda qol buraxmadıq. Ancaq müdafiədən oyun perespektivdə heç nə vermir.
  • Portuqaliya, Ronaldo ilə görüş xüsusi xatirələrdir? 
  • Pandemiya səbəbindən ilk oyunu Portuqaliyadan Turinə “Yuventus”un stadionuna keçirdilər. Həyəcan təbii ki, var idi. Amma orda olduğunu görmək də xoş idi. Tribunanın altında Kriştiano və onun bütün komandası – Bruno Fernandeş, Bernardu Silva, Diaş, Kanselu ilə yanaşı dayanmışam və gülümsünürəm. Biz Emin Mahmudovla bir-birimizə baxdıq ki, kimlərə qarşı oynayırıq.
  • Ronaldo sizə qol vura bilmədi.
  • Hə, amma çox istəyirdi vursun. Oyundan sonra Kriştiano elə məyus idi ki, elə bil onun komandası uduzub. Məncə, onun məqsədi o idi ki, çox qol vursun. Lakin alınmadı. Bir neçə zərbəsini dəf etdim, ciddi bir şey olmadı. Ronaldo Ronaldodur, amma bizim müdafiəçilər onu yaxşı bağladılar. Bütün komanda yaxşı oynadı.
  • Avtoqola görə uduzmaq çox təsir etdi? 
  • Mənim səhvimdən oldu bu. Çıxışda yumruğumla topu öz müdafiəçimə vurdum. Top ona dəyib qapıya getdi. Əlbəttə, pis oldum. Lakin böyük hesabla uduzmaq lap pis olardı. Yaxşı ki, belə oldu.
  • Sizin yığmadakı komanda yoldaşınız Ramil Şeydayevin də Rusiyadan Azərbaycana gəlmək xeyrinə oldu? 
  • Əlbəttə, burda o özününküdür. Onu sevirlər. Bunun sayəsində Ramil rahat oldu. Şeydayev çox ciddi futbolçudur, ona sadəcə inanmaq lazımdır. Azərbaycanda o açılışdı, amma bir qədər də çalışsa, daha yüksək səviyyəyə qalxa bilər. Məncə, o, hələ potensialının 50-60 faizini nümayiş etdirir.
  • Rusiyada onu da qiymətləndirmədilər? 
  • Özüm haqqında heç nə deyə bilmətəm. Ancaq Şeydayevi orda qiymətləndirmədilər. Əminəm ki, müasir “Zenit”də inkişaf edib, futbolçu kimi yüksələ bilərdi.
  • “Spartak”ın sabiq oyunçusu Ozobiç özünü Azərbaycanda tapa bildi? 
  • Filip bizdə “Qarabağ”dadır (müsahibə olarkən Ozobiç hələ “Qarabağ”ı tərk etməmişdi – red.). Çox yaxşı futbolçu və insandır. Biz onunla tez-tez Rusiya haqqında danışırıq, hərdən Çerçesovu yadına salır. Onu “Spartak”a götürməsini. Həm də onu uzaqlaşdıran Karpini, ha-ha. Ciddi danışsaq, bu yaşda legionerə belə səviyyəli kluba gəlmək çətindir. Hər halda “Spartak” çox böyük addır. Onların nəticələri necə olur-olsun, Rusiyanın ən böyük klubudur. “Zenit” nə qədər çempion olsa da, ölkədə “Spartak” kimi klub yoxdur.
  •  Krasnoyarskın yetirməsi Aleksey İsayevi yığmada necə qarşıladılar?
  • Burda insanları milliyətinə görə ayırmırlar. Bizi burda sevirlər və qiymətləndirirlər. Azərbaycana çox minnətdaram ki, bu illər ərzində məni qəbul etdilər və özününkü etdilər. İsayevə münasibət əladır. Onun babası mən bilən, azərbaycanlıdr. O, yerlilər üçün məndən çox doğmadır.
  • Son illər Azərbaycanda rusların sayı artıb? 
  • Həm ruslar, həm də ukraynalılar çoxalıb. Burda çətinlik odur ki, pandemiyaya görə sərhədlər hələ da bağlıdır. Azərbaycana  yalnız təyyarə ilə getmək olar. Lakin rus dili ətrafda çox eşidilir.
  • Onlara münasibət necədir? 
  • Normal, yaxşı. Burda insanlar çox mehribandırlar. Yaşılı nəsil rus dilini bilir və başa düşür. Rus bölməsi olan məktəblər var. Sən özün qərar verirsən ki, uşağın hansı dildə təhsil alsın. Bununla bağlı heç bir problem yoxdur.
  • Karyeranızın inkişafından razısınız? 
  • Həmişə daha çox şey istəyirsən – Çempionlar Liqasının qrupuna düşmək. Milli ilə nəyəsə nail olmaq, daha da güclənmək.
  • Top-5 liqalarda özünüzü sınamaq fikrinizdən keçmir?  
  • Əlbəttə, istərdim ki, ora düşüm. Amma hər şey məndən asılı deyil. Öz işimi görürəm, məşq edirəm, oynayıram. İndi “Qarabağ”la yeni 3 illik müqavilə bağlamışam. Əgər burdan gedəsi olsam, yalnız güclü liqaya və daha top kluba.
  • Yəni təklifləriniz yoxdur?
  • Ancaq söhbətlərdir. Özümə təlqin etmişəm ki, belə boş söz-söhbətlərə qulaq asmayım. Əvvəlki müqavilə başa çatanda müxtəlif menecerlər istəyirdilər ki, yeni anlaşmaya imza atmayım. “Sərbəst olsan, Avropada yaxşı komanda taparsan, bla-bla”. Mən də dedim ki, həqiqətən ciddi variant olsa, o zaman klubdan alarlar məni. Yeni müqaviləyə qol çəkdim..5 gündən sonra yenə qolum sındı. Bütün baş verənlər, xeyirliyə olur.
  • Bu dəfə nə oldu?
  • Yenə də həmin əlim. Məşqdə əlimi düzgün qoymadım və sındı. Artıq üçüncü dəfə! Buna görə də “Gent”lə Konfrans Liqasının pley-off oyununu buraxdım. 4,5 ay oynaya bilmədim. Karyeramda ən uzun kənarda qaldığım dönəm oldu.
  • Rusiya ilə sizi yenə də nəsə bağlayır? 
  • Bütün qohumlarım Dağıstanda yaşayır, valdeyinlərim Moskvada. Ötən il yığmaya görə cəmi 2 gün istirahətim oldu. Mahaçqalaya getdim, özümüzünküləri gördüm. Görüşdüm və növbəti gün təlim-məşq toplanışına yollandım. İndi atamla anam mənim yanıma daha tez-tez gəlirlər.
  • Bu illər ərzində heç olmasa bir variant olmadı geri dönmək üçün? 
  • Beş il əvvəl “Anji” ilə bağlı variant yarandı. Süleyman Kərimov orda yox idi, amma klub hələ Premyer Liqada çıxış edirdi. Onlar istəyirdilər ki, Azərbaycan vətəndaşlığından imtina edim ki, yerli oyunçu kimi məni sifariş etsinlər. O dəqiqə dedim ki, bu mümkün deyil. Bu ölkə mənə çox şey verib, həm də futbolda yol göstərib. Heç vaxt ondan imtina etmərəm. Gərək belə şeyləri qiymətləndirəsən.

Bənzər xəbərlər